LED ekranlar
Tədbirlərinizin daha təsirli, müasir və yaddaqalan olması üçün yüksək keyfiyyətli LED ekran və rəqəmsal avadanlıq həlləri təqdim edirik. Arsenalımızda Gloshine firmasına məxsus müxtəlif LED ekranlar və digər müasir texnologiyalar mövcuddur:
LED Ekran Sistemləri
- P3.91, P4.81, P2.6, P6 ekranları
- Indoor (qapalı məkan) və outdoor (açıq məkan) istifadəyə uyğun
- Yüksək işıq gücü və rəng effekti ilə hər növ tədbir üçün ideal seçim
- Müxtəlif ölçü və formatlarda qurulma imkanı
Rəqəmsal Avadanlıqlar
- Elektron Tribunalar: Təqdimat və konfranslarda rahat istifadə üçün müasir dizayna malik elektron tribunalar
- Suflyor Sistemləri: Çıxış zamanı mətnləri asanlıqla izləmək üçün yüksək keyfiyyətli suflyor cihazları
- Davos Tipli Özəlləşdirilə Bilən Digital Tumbalar: Tədbirinizin tələblərinə uyğun dizayn edilə bilən rəqəmsal tumbalar, peşəkar və müasir görünüş təmin edir
Bu texnologiyalar istənilən səhnə tərtibatı, təqdimat, konfrans, konsert və digər tədbirlər üçün nəzərdə tutulub.